Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi:"Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə!”

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.

Birinci Vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilmiş Təbrikdə deyilir: “Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, sevinc dolu işıqlı və xoşbəxt anlar, bütün işlərinizdə uğurlar arzulayıram! Qoy doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı sizi və doğmalarınızı qorusun! Sevgilərlə!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyinin kredit səlahiyyəti Nazirlər Kabinetinə verilib

Sonrakı məqalə

Ermənistan gecə Qazax, Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub