Birləşmiş Ərəb Əmirliklərinin yeni prezidenti seçildi –FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Federal Şurası Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanı prezident seçib.

Azpost.info xəbər verir ki, bu barədə yerli xəbər agentliyi məlumat yayıb. Məlumata görə, qərar yekdilliklə qəbul edilib.

BƏƏ prezidenti Xəlifə bin Zayed Əl Nəhyan uzun sürən xəstəlikdən sonra dünən 73 yaşında vəfat edib. O, 2014-cü ildə insult keçirəndən sonra nadir hallarda ictimaiyyət qarşısına çıxıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib

Sonrakı məqalə

“Britaniya Rusiyada rejimi dəyişmək istəmir” –