“Birlikdə istənilən çətinlikləri dəf edəcəyik”- Putin Lukaşenkonu təbrik etdi

Rusiya prezidenti Vladimir Putin avqustun 30-da 69 yaşı tamam olan belaruslu həmkarı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, təbrik teleqramı Kremlin saytında dərc olunub.

Teleqramda Putin Rusiya və Belarusun birlikdə istənilən çətinliyin öhdəsindən gələ biləcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və çoxşaxəli Rusiya-Belarus əməkdaşlığının, o cümlədən İttifaq dövləti formatında daha da genişlənməsini təmin edə biləcəyik”, – teleqramda deyilir.

Putin qeyd edib ki, Lukaşenko ilə arasında yaranmış qarşılıqlı anlaşmanı yüksək qiymətləndirir. O, həmçinin Belarus rəhbərinə möhkəm cansağlığı, firavanlıq və dövlət fəaliyyətində uğurlar arzulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.