Soyuducuya qoyulan bişmiş makaronu iki gündən çox saxlamaq olmaz.
Azpost.info xəbər verir ki, qida mütəxəssisləri bağırsaq infeksiyasına yoluxmamaq üçün bir sutka qalmış makaronu belə, yeməməyi tövsiyə edirlər.
“Dərhal soyudub soyuducuya qoysanız, iki gündən çox saxlamayın. Bağırsaq infeksiyasına yoluxmaq ehtimalına qarşı isə bir gündən çox saxlamamaq daha yaxşıdır”, – diyetoloqlar deyir.
Bütün riskləri aradan qaldırmaq üçün bişmiş makaronların bir-birinə yapışmamasına da diqqət yetirilməlidir.
Umumilikdə isə qarnirlərin saxlama müddəti unun növündən asılıdır. Məsələn, buğda, tam taxıl və qarabaşaq yarması makaronları daha uzun müddət təzə qala bilir. Lakin makaronun yanında başqa yeməklərin və ya sousların olub olmadığını da nəzərə almaq lazımdır. Belə ki, istənilən sous və ya ət patogen mikroorqanizmlər üçün ən yaxşı zəmindir.
Azpost.info