Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib-SİYAHI

Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib.

Trend-in məlumatına görə, müəyyən edilən 6 şəxsin namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

XXX

11:06

Mərkəzi Seçki Komissiyasına (MSK) namizədlərini müəyyənləşdirmək üçün Milli Məclisdə bitərəf deputatların iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda bitərəf deputatlar MSK-da onları təmsil edəcək namizədləri müəyyən edirlər.

Aşağıdakı şəxslərin namizədliyi təklif edilir:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir