Bitkilərdə ölümsüzlük geni aşkar edildi –Maraqlı tədqiqat

Niderlandın Leyden Universitetinin alimləri birillik bitkilərin çiçəklədikdən sonra da  ölməməsinə və böyüməkdə davam etməsinə imkan verən yeni  gen tapıblar. Bu kəşf kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını onları hər il yenidən əkmədən artırmağa imkan verə bilər.

Tədqiqatın nəticəsi “Nature Plants” jurnalında dərc olunub.

Tədqiqatçılar arabidopsis (Arabidopsis thaliana) (kərə otu) bitkisində AHL15 genini aşkar ediblər ki, bu da çiçəklədikdən sonra bitkinin vegetasiyaya qadir olub-olmadığını müəyyən edir. Vegetasiyanı, yəni böyümə və inkişafı, yarpaqları və ya çiçəkləri olan yeni gövdələrin yaranmasına cavabdeh olan böyümə nöqtələri – kök hüceyrələri qrupu təmin edir. Çoxillik bitkilərdə bəzi böyümə nöqtələri aktiv olaraq qalır, lakin birillik bitkilərdə bu baş vermir. Tədqiqatçılar AHL15 geninin işini ləngitdikdə çoxillik bitkilərin həyatının daha qısa olduğunu və əksinə, gücləndirdikdə isə bitkilərin bir neçə dəfə çiçəklədiyini müşahidə ediblər.

Alimlərin fikrincə, kəşf təkamül zamanı nə üçün bəzi bitkilərin birillik, bəzilərinin isə çoxillik olduğunu izah etməyə imkan verəcək. Bundan əlavə, düyü və ya buğda kimi birillik bitkilərdə bəzi kök hüceyrə qruplarının fəaliyyətinin saxlanılması imkan verəcək ki, bitkilər məhsul yığımından sonra da böyüməkdə  davam etsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arıqlamaq üçün gündə 5 dəfə yemək lazımdır

Sonrakı məqalə

“Şəkər xəstəliyindən əziyyət çəkirəm” –