“Bizə qarşı bu “nömrə” işləməyəcək” –PUTİN

“Moskva və Minski təcrid etmək cəhdləri tamamilə faydasızdır”.

Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu “Vostoçnıy” kosmodromunda Belarus lideri Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında deyib.

“Rusiya və Belarusu bir-birinə bir çox əlaqələr, tellər bağlayır. Bizə qarşı bu “nömrə” şübhəsiz ki, işləməyəcək”, – Putin vurğulayıb.

O əlavə edib ki, Moskva Belarusa daxili istehlak üçün tədarük olunan neft və qaz üçün ən əlverişli qiymətləri saxlayır və onlar üçün ödənişlər rus rubluna çevrilir: “Bu, xarici vəziyyətin Belarus vətəndaşlarının və sənaye müəssisələrininvəziyyətinə mənfi təsirini minimuma endirməyə imkan verir”.

Azpost.info

Əvvəlki məqalə

Müxalifət partiyaları Ermənistanla sülh sazişindən nə gözləyir? –

Sonrakı məqalə

“Brüsseldə Bakı və İrəvan arasında danışıqların yeni platforması yaradılır” –