“Biz Rusiyanın təhdidlərinə hazır olmalıyıq!”- Çexiya XİN rəhbəri

Çexiyanın xarici işlər naziri Yan Lipavski Avropa İttifaqı (Aİ) ölkələrini yeni təhlükələri nəzərə alaraq Rusiya ilə münasibətlərin əsaslarına yenidən baxmağa dəvət edib.

Azpost.info xəbər verir ki,  Avropa xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə o, Aİ-ni Rusiyaya qarşı siyasətini və tədbirlərini yenidən nəzərdən keçirməyə çağıracağını deyib.

“Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin əsaslandığı bir sıra fundamental prinsiplər var ki, onlar yenilənməli və yeni reallığa uyğunlaşdırılmalıdır. Biz Rusiyanın təhdidlərinə hazır olmalıyıq”, – Lipavski bildirib.

Azpost.inifo

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.