“Bizi “Qarabağ”la çox çətin oyun gözləyir” –“Braqa”nın baş məşqçisi

“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Başımızı dik tutmalıyıq. İndi təəssüflənmək vaxtı deyil”.

Bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXI turunda səfərdə “Sportinq”ə 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, artıq UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyuna köklənmək lazımdır: “Çox çətin qarşılaşma olacaq. Ona görə də “Sportinq”lə matçı unutmalı, səhvlərdən nəticə çıxarmalı və irəliyə baxmalıyıq”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.