“Putin bizi qazla şantaj edəcəyini düşünürdü, səhv hesabladı”- Ursula fon der Lyayen

“Müharibənin əvvəlində Rusiya prezidenti Vladimir Putin Avropanı Rusiya qazından asılılıqla şantaj edə biləcəyini düşünürdü, lakin səhv hesabladı. Müharibə başlayandan bir il sonra özünün başladığı enerji müharibəsini uduzdu”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Avropa Parlamentində çıxışı zamanı bildirib.

Lyayenin fikrincə, Aİ vəziyyətə uyğunlaşdı, etibarlı tərəfdaşlara üz tutdu və indi ilk uğurları görə bilir: “Rusiyanın Avropaya neft və qaz satışından əldə etdiyi gəlirin üçdə ikisi azalıb, Aİ-də qazın qiyməti indi aşağıdır. Putinin bizi şantaj etmək cəhdi uğursuz oldu”.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün birinci ildönümü ərəfəsində Aİ-nin Rusiya təcavüzünə birgə reaksiyasını yüksək qiymətləndirir.

Ursula fon der Lyayen Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Rəssamlıq Akademiyasının yeni rektoru kimdir? –

Sonrakı məqalə

Bank əməkdaşı ipoteka ödənişlərini mənimsəməkdə ittiham olunur