Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir- Prezident İlham Əliyev

Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir.

Bunu Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı deyib ki, son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb.

“Yəni, həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük”, – deyə Prezident vurğulayıb.

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlanıb –

Sonrakı məqalə

2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik