Biznesmenin avtomobilindən 124 min pul oğurlandı

Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 26-da A.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən 90.000 manat və 20.000 dollar (34 min manat) oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.