Blinken Kiyevdən səfərbərliklə bağlı kritik qərar istədi- Zelenskinin müşaviri cavab verdi

Ukrayna 18 yaşlı vətəndaşları səfərbər etməyə hazırlaşmır.

Azpost.info xəbər verir ki, bunu prezident Vladimir Zelenskinin müşaviri Dmitri Litvin bildirib.

O, ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevin bu məsələdə çətin qərarlar qəbul etməsinin zəruriliyi ilə bağlı sözlərinə belə cavab verib.

Bundan əvvəl ABŞ dövlət katibi Brüsseldə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ukrayna növbəti səfərbərlik məsələsində çətin qərar qəbul etməlidir.

Onun sözlərinə görə, maliyyə və silah olsa belə, cəbhədə insanlar olmalıdır. Blinkenə görə, bu məsələ Kiyev üçün kritik hala gəlib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.