Blinken Qazaxıstanda rəsmi səfərdədir- “C5+1” formatında görüş keçirəcək (VİDEO)

ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın paytaxtına rəsmi səfərə gəlib.

Azpost.info xəbər verir ki, Blinken beş Orta Asiya respublikasının xarici işlər nazirləri ilə “C5+1” formatında görüş keçirəcək.

“Bu, Bayden administrasiyasının baş diplomatı olaraq Blinkenin regiona ilk səfəridir”, – “Reuters” qeyd edir.

Astanaya səfər ərəfəsində Blinken “Tviter” səhifəsində yazıb ki, Orta Asiya ilə tərəfdaşlıq əlaqələrinin daha da inkişafını səbirsizliklə gözləyir.

Dövlət katibinin səfərini açıqlayan ABŞ Dövlət Departamentinin mətbuat xidməti Blinkenin Astanada yüksək vəzifəli şəxslərlə görüşərək ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəyini bildirib.

“Bu gün Blinken beş Orta Asiya respublikasının xarici işlər nazirləri ilə görüşəcək. ABŞ-ın Orta Asiya ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləmək və ümumi qlobal çağırışlar fonunda münaqişənin həlli yollarını tapmaq üçün regionla işləmək öhdəliyini bir daha təsdiqləyəcək”, – Departamentdən bildiriblər.

“C5+1” formatında görüşdə ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında iqtisadi, enerji, ətraf mühit və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.
Astana səfərindən sonra Blinken Daşkəndə gedəcək, orada rəsmilərlə bir sıra ikitərəfli və regional məsələlər üzrə tərəfdaşlığın gələcək inkişafı ilə bağlı danışıqlar aparacaq.

Martın 1-də o, G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtına gedəcək.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın nüvə silahından istifadə ehtimalı aşağıdır”

Sonrakı məqalə

Tarif Şurası 50 dərman vasitəsinin qiymətini təsdiq edib