BMT Əfqanıstandakı missiyasını davam etdirəcək

ABŞ ordusu və onun müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra da BMT bu ölkədə humanitar əməliyyatlarını davam etdirəcək.

APA xəbər verir ki, bunu təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Əfqanıstandakı humanitar həmkarlarımız bizə xəbər verir ki, bu gün əcnəbi ölkələrin orduları tərk etdikdən sonra da BMT bu ölkədə qalmaqda qərarlıdır. Tibbi və humanitar məhsulların tədarükü üçün əməliyyatlar davam edir, lakin daha çox resursa ehtiyac var”, – Düjarrik belə deyib.

Onun sözlərinə görə, BMT Əfqanıstanın əksər bölgələrində humanitar əməliyyatlarla dəstəyini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yaxında məmurların gəlir bəyənnaməsi ilə bağlı ciddi addımlar atılacaq” –

Sonrakı məqalə

“Crocus Group” Moskvanın mərkəzindəki bütün binalarını satışa çıxarıb