BMT Baş katibi: “Azgəlirli ölkələrdə insan alverinin qurbanlarının yarısı məhz uşaqlardır”

“Azgəlirli ölkələrdə insan alverinin qurbanların yarısı məhz uşaqlardır”.

“Qlobal pandemiyanın artan bərabərsizlik və iqtisadi dağıntılarla müşayiət olunduğu bir vaxtda insan alverindən xilas olan və onun qurbanı olmuş insanların səsləri eşidilməmək təhlükəsi ilə üzləşib.Halbuki məhz indi onların hekayələrini dinləmək hər zaman olduğundan daha vacibdir. Çünki COVID-19 böhranı hələ də həssaslıq və çarəsizlikləri artırmaqdadır. 124 milyondan çox insan pandemiya nəticəsində kəskin yoxsulluq səviyyəsinə düşüb. Milyonlar isə insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşir.

Uşaqlar böyük və artan risk altındadır: onlar qlobal səviyyədə insan alveri qurbanlarının üçdə birini təşkil edir – bu isə son 15 il ərzində bu rəqəmin üç dəfə artması deməkdir. Azgəlirli ölkələrdə qurbanların yarısı məhz uşaqlardır. Onların əksəriyyəti icbari əməyə cəlb olunur. Cinayətkarlar hər yerdə həssas əhali qruplarını müəyyənləşdirmək, onları nəzarət altında saxlamaq və istismar etmək üçün müxtəlif texnologiyalardan istifadə edirlər. Uşaqların onlayn platformalar vasitəsilə cinsi istismar, məcburi evlilik və digər məqsədlər üçün hədəfə çevrilməsi halları artmaqdadır”.

BMT Baş katibi bildirib ki, qadın və qızların cinsi istismar məqsədi ilə alveri ümumilikdə insan alverinin ən geniş yayılmış formalarından biri olaraq qalmaqdadır və əksər bölgələrdə bu şəkildə insan alverinə məruz qalanların yarıdan çoxunu miqrantlar təşkil edir.

Antonio Quterreş hökumətləri qabaqlayıcı tədbirləri gücləndirməyə, zərərçəkmişləri dəstəkləməyə və günahkarları ədalət mühakiməsinə cəlb etmək üçün təcili addımlar atmağa çağırıb. O bildirib ki, buna BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa qarşı konvensiyası və onun insan alverinin qarşısının alınması, dayandırılması və cəzalandırılması protokolunun icrası daxildir.

“Səylərimiz zamanı insan alverindən zərər çəkmiş insanların təcrübəsindən yararlanmalıyıq. Onların töhfəsi risk faktorları və formalarını aradan qaldırmaq, qurbanları müəyyən etmək və qorumaq, habelə onlara ədalət mühakiməsinə çıxışı və normal həyata qayıtmaq imkanlarını təmin etməklə yanaşı, istismarçıları məsuliyyətə cəlb etmək üçün olduqca vacibdir.

BMT insan alveri qurbanlarını dinləyib səslərinə səs verməklə, hüquq və ləyaqətlərini təmin etməklə, hekayələrini yayaraq insan alverinə qarşı mübarizədə onlardan öyrənməklə bu dəhşətli cinayətin qarşısının almaq və ona son qoymaq məqsədinə sadiqdir”, -deyə BMT Baş katibi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan millisi ilk medalını qazanıb

Sonrakı məqalə

Samuxda çoban ferma müdirini öldürüb