Qlobal temperatur artımını 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmasaq artan təbii fəlakətlər bütün ölkələrin iqtisadiyyatına zərər verəcək.
Bu barədə barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında qeyd olunub.
“Biz 1,5 dərəcə həddinə yaxınlaşmalıyıq və ölkələr qısa müddətdə emissiyaların azaldılmasını sürətləndirməlidirlər”, – Baş katib çağırış edib.
O təəssüflə bildirib ki, hazırda emissiyalar artmağa davam edir: “Buna görə qalıq yanacaqlardan bərpa olunan enerjiyə ədalətli keçidi sürətləndirməliyik. Qalıq yanacaq dövrünün sonu qaçılmazdır. Bunun çox gec olmaması və ədalətli olması üçün hər şeyi edək”.
Baş katib G20 ölkələrini ayıq-sayıq olmağa çağırıb: “Prezident Lulanın (Braziliya Prezidenti Lula da Silva) dediyi kimi, “Böyük iyirmilik” qlobal emissiyaların 80%-nə cavabdehdir. Ona görə də sizə ayıq-sayıq olmaq lazımdır. Keçən həftə iki üzvünüz — Braziliya və Britaniya emissiyaları azaltmaq üçün yeni tədbirlər elan edərək bizə yaxşı bir başlanğıc verdi”.
Quterreş vurğulayıb ki, Bakıda uğur qazanmalı, etimad yaratmalı və gələn il üçün iddialı milli iqlim planlarının hazırlanmasını stimullaşdırmaq lazımdır: “Bu məqsəd, müxtəlif səviyyələrdə maliyyə hədəfi, güzəştli şərtlərlə dövlət vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə artmasından başlayaraq inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməlidir. Mən çoxtərəfli İnkişaf Banklarının son bəyanatını alqışlayıram. Bu masaya toplaşan bütün ölkələri məsuliyyət hissi göstərməyə, COP29-un uğurunun təmini üçün kömək etməyə çağırıram”