BMT İsrail-Fələstin gərginliyi ilə bağlı iclas keçirəcək

Oktyabrın 13-də Yaxın Şərqdəki münaqişə ətrafında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bu barədə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın Daimi Nümayəndəliyi məlumat verib.

“Mövcud vəziyyətin ciddiliyini nəzərə alaraq sədrlik oktyabrın 13-də Yaxın Şərqdəki vəziyyət, o cümlədən İsrail-Fələstin münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırmaq qərarına gəlib. Görüşün formatı dəqiqləşdirilir”, – məlumatda qeyd edilib.

Qeyd edək ki, oktyabrın 8-də BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı keçirilən iclasında heç bir sənəd qəbul olunmamışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.