BMT -nin İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

“BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı vəziyyəti müzakirə etmək üçün bazar günü toplanacaq”.

Bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.

“BMT Təhlükəsizlik Şurası İsrail və Qəzzadakı vəziyyəti bazar günü müzakirə etmək üçün toplanacaq. ABŞ gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək”, deyə Qrinfild bildirib.

Qeyd edək ki, bundan əvvəl, sözügedən məsələ ilə bağlı Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurasının cümə günü açıq toplantısını tələb etmişdi, lakin ABŞ tərəflərlə diplomatik təmasların davam etməsi şəraitində görüşün gələn həftənin əvvəlinə qədər təxirə salınmasını istəmişdi.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu günə qədər dünyada COVİD-ə qarşı nə qədər peyvənd vurulub? –

Sonrakı məqalə

Misir piramidasından böyük asteroid Yerin yaxınlığından keçəcək