Misir piramidasından böyük asteroid Yerin yaxınlığından keçəcək

Xeops piramidasının hündürlüyündən böyük “2015 KJ19” adlandırılan asteroid bu gün Yer kürəsinin yaxınlığından keçəcək.

Bu barədə NASA-nın bölmələrindən birinin internet səhifəsində bildirilib.

Hesablamalara görə, asteroid mayın 14-də Bakı vaxtı ilə 14.04-də Yerə minimum yaxınlığından – təxminən Aya olan 15 qat məsafədən keçəcək.

O qədər də təhlükəli olmadığı deyilən asteroidin diametri 88-200 metr aralığında qiymətləndirilib. Qeyd edək ki, Xeopsın hündürlüyü 147 metrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT -nin İsrail və Fələstinlə bağlı iclası bazar günü keçiriləcək

Sonrakı məqalə

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub