BMT-nin Təhlükəsizlik Şurası sabah Ukraynadakı vəziyyəti müzakirə edəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“Sabah, iyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, iclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar.

“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”, – Polyanski yekunlaşdırdı.

Əvvəlki məqalə

Azərbaycan-Rusiya Gənclər Təşkilatının rəhbəri vəfat edib

Sonrakı məqalə

Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib