BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin virtual konfransı keçiriləcək

27 Aprel 2020 - 14:40

BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin virtual konfransı keçiriləcək.

APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir deyib ki, BMT TŞ-nin digər daimi üzvləri Prezident Vladimir Putin tərəfindən virtual iclasın keçirilməsi təklifinə razılıq veriblər.

BMT TŞ-ya daimi üzv olan ölkələrin liderləri beynəlxalq sülh və təhlükəsizlik məsələrini müzakirə edəcəklər.