Boksçumuz Məhəmməd Abdullayev məğlub oldu –

TOKİO-2020
29 İyul 2021 - 09:29

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Tokio Olimpiadasında mübarizəni dayandırıb.

Təmsilçimiz ikinci döyüşündə özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov ilə qarşılaşıb. Döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb.

Daha əvvəl bokçularımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) da Olimpiadaya erkən vida ediblər.