May-iyun aylarında Bolqarçay çayında suyun artması nəticəsində sel suları su anbarında çatlar əmələ gətirib və sutullayıcı kanallarda beton hissələri dağıdıb.
Hazırda sel sularının Bolqarçay su anbarında yaratdığı fəsadları aradan qaldırmaq üçün Biləsuvar rayon Suvarma Sistemlər İdarəsi tərəfindən təmir işlərinə başlanılıb.
Su anbarında aparılan təmir işlərində ilk növbədə şlüzlərdəki çatlar bərkidilir və sutullayıcı kanallarda dağılmış hissələrə beton plitələr yerləşdirilir.
Sonra isə su hövzəsinin ehtiyac yaranan hissələrində bəndvurma və təmizləmə işləri aparılacaq(azərtac).