“Boş bəyanatlar verməkdənsə icra ilə bağlı konkret addımlar atın!” –XİN Ermənistana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

 XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistan XİN 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı.

“Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, – deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir