Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Boşanma zamanı kredit borclarını kim ödəməlidir?

Orkhan Ali 03 İyul 2025 - 21:00 (Last updated: 03 İyul 2025 - 15:43)
Məhkəmə

Məhkəmə

Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu proses zamanı hər iki tərəf üçün önəmli olan məsələlərdən biri də maliyyə borclarının paylaşdırılmasıdır. Xüsusilə, birgə götürülmüş kreditlərin necə bölüşdürüləcəyi barədə aydınlıq olmadıqda, bu, əlavə problemlərə yol açır.

Ər-arvadın münasibətləri bitdikdə, kreditin ödənməsi hüquqi baxımdan necə tənzimlənir? Məhkəmə təcrübəsində bu mövzu necə qiymətləndirilir?

Mövzu ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov bildirib ki, kredit müqaviləsində adı qeyd olunan şəxs öhdəlikləri yerinə yetirməlidir.

“Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilib. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Nəticə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü kreditlər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5562 boşanma halları qeydə alınıb.

AzPost.az

Post navigation

Previous: Böyrək daşlarının yaranmasına D vitamini çatışmazlığı da səbəb ola bilər
Next: “Amazon”un anbarlarında robotlar üstünlük qazanır

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.