Braziliya hökuməti ABŞ-ın tətbiq etdiyi 50%-lik gömrük rüsumlarına qarşı cavab tədbirləri həyata keçirməyə başlayıb.
AzPost xəbər verir ki, məlumatı Globo nəşri yayıb.
Xəbərə görə, qanunvericilik orqanlarına 30 gün müddət verilib ki, ABŞ-ın tətbiq etdiyi rüsumların cavab tədbirləri üçün əsas olub-olmadığını qiymətləndirsinlər. Braziliya Xarici İşlər Nazirliyi isə gələn cümə günü Vaşinqtonu rəsmi şəkildə bu mexanizmin başladığı barədə məlumatlandırmağı planlaşdırır.
Rəsmi açıqlamalarda bildirilir ki, bu addım dialoqun canlanmasına və danışıqların intensivləşməsinə töhfə verəcək.
Qeyd edək ki, 30 iyul 2025-ci il tarixində ABŞ Prezidenti Donald Tramp Braziliya məhsullarına tətbiq olunan gömrük rüsumlarını 50%-ə yüksəldib. Lakin rüsumlar müəyyən sahələri əhatə etmir: aviayeşik sənayesi, enerji sektoru və qismən kənd təsərrüfatı məhsulları istisna olunub.