Braziliya Prezidenti Jair Bolsonaro xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, prezidentin xəstəxanaya getməsi onun əziyyət çəkidyi xronik hıçqırıqların səbəbinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Məlumatda qeyd olunub ki, Bolsonaro hərbi xəstəxanaya gedib və 24-48 saat müddətində nəzarət altında olacaq.
“Prezident özünü yaxşı hiss edir”, – deyə məlumatda vurğulanıb.
Yerli “Globo” nəşri isə yazıb ki, bu gün səhər saatlarında Prezident Bolsonaro qarın nahiyəsində ağrılar hiss etdiyindən müayinə üçün xəstəxanaya aparılıb.
Jair Bolsonaro 2018-ci ildə prezident seçkiləri ilə bağlı kampaniyasında qarın nahiyəsindən bıçaqlanaraq ciddi yara almışdı və o vaxtdan prezidentin səhhəti diqqət mərkəzində olub.
Brazilya lideri ötən il həm də COVID-19 infeksiyasına yoluxmuşdu, o, sağalsa da prezidentdə davamlı öskürək müşahidə olunurdu.