Braziliyada güclü yağışlar azı 104 nəfərin ölümünə səbəb olub

 

Braziliyada aramsız yağan güclü yağışlar Rio-de-Janeyro ştatının Petropolis bələdiyyəsində ən azı 104 nəfərin həyatına son qoyub.

Ölənlərin səkkizi uşaqdır. Həmçinin təbii fəlakət nəticəsində 35 nəfər itkin düşüb. Mülki müdafiə xidmətləri 24 nəfərin həyatını xilas edə bilib.

Braziliyada fevralın 15-dən başlayan leysan Rio-de-Janeyro ştatının ərazisində torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bu, 1932-ci ildən bəri qeydə alınan ən güclü yağışdır. Altı saat ərzində bir kvadratmetr əraziyə 260 litr yağıntı düşüb.

Ştatın qubernatoru Klaudiu Kaştru təbii fəlakətdən zərər çəkən regiona gedib. O, bölgədə yaranan vəziyyəti “müharibə” ilə müqayisə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtkin düşən gənc tapılıb

Sonrakı məqalə

AMEA: