“Brejnev və Andropov Heydər Əliyevi SSRİ-nin Baş naziri təyin etmək istəyirdi” –Brejnevin mühafizə rəisindən maraqlı açıqlama

“Konstantin Çernenko Baş katib olduğu zaman Siyasi Büro Heydər Əliyevi SSRİ-nin Baş naziri təyin etmək istəyirdi. Qorbaçov bunun əleyhinə idi”.

Azpost.info bildirir ki, bu sözləri SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı, general-mayor, Leonid Brejnevin şəxsi mühafizə xidmətinin rəhbəri Vladimir Medvedyev jurnalist Elmira Axundovaya müsahibəsində deyib. Heç vaxt çap olunmamış müsahibəni Haqqın.az saytı yayımlayıb.

Medvedeyev mərhum Heydər Əliyevin SSRİ rəhbərləri ilə münasibətləri barədə maraqlı məqamları açıqlayıb.

“Brejnev Heydər Əliyevə münasibəti çox yaxşı gözəl idi. Heydər Əliyev Moskvaya gələndə həmişə axşamlar Brejnevin bağına gəlirdi. Leonid İliç onu və həyat yoldaşını çox isti qarşılayırdı. Biz Azərbaycanda səfərdə olanda Heydər Əliyev bizə ailəsini təqdim etmişdi. Yadıma gəlir ki, biz bir yerdə Bakıda teatrda getmişdik”-deyə general xatırlayıb.

Generalın sözlərinə görə, L.Brejnev Heydər Əliyevlə söhbətdən sonra həmişə deyirdi ki, o elə insandır ki, həmişə etibar etmək olar. Medvedeyev bildirib ki, Brejnev Əliyevi Moskvaya aparmaq istəyirdi: “Andropov da bunu tövsiyə edirdi. Bu Brejnevin addımı idi. Heydər Əliyevi SSRİ-nin Baş naziri təyin etmək barədə müzakirə gedirdi”.

Medvedeyev deyib ki, o zaman Baş nazir təyin olunmuş Tixonovun 78 yaşı var idi. “Brejnev Heydər Əliyevi Baş nazir kimi görürdü. Əgər sağ qalsaydı onu Siyasi Bürö üzvü edəcəkdi”.

Medvedeyev deyib ki, sonrakı rəhbər Yuri Andropov Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin elədi: “Andropov Əliyevi Baş nazir təyin edəcəkdi. O istəyirdi ki, Əliyev bütün İttifaq üzrə olan işlərin içində olsun.

Medvedyev Heydər Əliyevin Siyasi Bürodan istefasından sonra mərkəzi qəzetlərdə Breynevə bağışlanmış brilliant üzük barədə itithamları rədd edib və bu barədə yazılanları “axmaqlıq” adlandırıb: “Brejnev heç vaxt üzərində daş-qaş olan üzük taxmayıb. Özündə olan möhürü bizə də göstərmişdi. Möhürün üzərində “L.İ”  yazılmışdı. O, bu möhürlə də Bakıya gəlmişdi. Bu Heydər Əliyevin verdiyi hədiyyə deyildi. Əlbəttə, hədiyyələr olmuşdu, amma deyildiyi kimi yox.. Digər tərəfdən hədiyyə bu insani münasibətlərin göstəricisidir”.

Azpost.info

Əvvəlki məqalə

Xarici jurnalistlərin Ağdama səfəri başlayıb

Sonrakı məqalə

Bu gün görkəmli tarzən Qurban Pirimovun anım günüdür