BRICS Olimpiadasının qalibləri Rusiyada ödənişsiz əsaslarda magistr təhsili ala biləcək

BRICS ölkələrinin Beynəlxalq Olimpiadasının qalibləri və mükafatçıları Rusiya universitetlərində magistratura proqramları üzrə ödənişsiz əsaslarda təhsil ala biləcəklər.

Bu barədə Rusiya Təhsil və Elm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Olimpiadanın pilot layihəsinin keçirilməsi bakalavr pilləsinin məzunları üçün nəzərdə tutulub. Olimpiadanın qaliblərinin Rusiya universitetlərində magistratura proqramları üzrə ödənişsiz əsaslarda təhsil alacağı planlaşdırılır. Gələcəkdə bu imkan digər BRICS ölkələrinin universitetlərində təhsil almaq üçün də təqdim olunacaq”, – deyə məlumatda bildirilir.

Olimpiadanın tarixləri, iştirakçıların seçilmə meyarları və tematik istiqamətləri 2025-ci ildə müəyyən edilərək açıqlanacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.