Avropa və Şimali Amerika qlobal iqtisadiyyatda mövqelərini itirir.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya Enerji Həftəsi 2024” beynəlxalq forumunda bildirib.
O, iqtisadi artımın BRİKS ölkələrində cəmləşəcəyini vurğulayıb.
“Artım qlobal iqtisadiyyatda öz mövqelərini tədricən itirməkdə olan Avropa və ya Şimali Amerikada deyil, BRİKS ölkələrində və bizim assosiasiyamıza qoşulmaq istəyən, bərabərhüquqlu qarşılıqlı fəaliyyət perspektivini görən dövlətlərdə cəmləşəcək”, – Putin deyib.
Rusiya lideri əlavə edib ki, müasir dünya artıq dönməz dəyişikliklər dövrünə qədəm qoyub. Belə ki, bu gün qlobal artımın yeni dalğasını müəyyən edəcək çoxqütblü inkişaf modeli formalaşır.
Azpost.info