“Briliant əl” filminin itkin düşən aktrisası tapılıb

Bir neçə gün əvvəl itkin düşən aktrisa Oktyabrın 21-də Moskvada itkin düşən Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya tapılıb.

APA-nın mk.ruya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

S.Svetliçnaya Qorki adına kinostudiyanın ərazisində tapılıb. O, oktyabrın 22-də teleşoulardan birində iştirak etmək üçün kinostudiyaya gəlibmiş.

Daha əvvəl aktrisanın yaxınları demansiyadan əziyyət çəkən aktrisanın itkin düşdüyü barədə polisə məlumat vermişdi.

Baş verənlərin şou olmaq ehtimalı da istisna edilmir.

Qeyd edək ki, aktrisanın ən yaddaqalan obrazı “Brilyant əl” filmindəki cazibədar Anna Sergeyevna roludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan AZAL prezidentindən “bığların hanı?” soruşdu –

Sonrakı məqalə

İlham Əliyev və Ərdoğan Zəngilanda “Ağıllı aqropark”ın təməlini qoyublar