Britaniya 4250 yaşı olan qızıl küpü Türkiyəyə qaytarıb –FOTO

Böyük Britaniya 4250 il yaşı olan qədim qızıl küpü Türkiyəyə qaytarıb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə “The Art Newspaper” nəşri məlumat verib.

Ekspertiza küpün Türkiyədən qeyri-qanuni aparıldığını müəyyən edib. Əvvəllər küp uzun illər dekorativ sənət əşyaları, o cümlədən qablar, gümüş və qızıldan hazırlanmış miniatürlər toplayan ingilis kolleksiyaçı biznesmen Artur Gilbert və onun həyat yoldaşı Rozalindanın şəxsi kolleksiyasında olub. 2008-2009-cu illərdə küp “Gilbert Trust for the Arts” fondunun dəstəyi ilə bütün kolleksiya ilə birlikdə Londondakı Viktoriya və Albert Muzeyinə bağışlanıb.

2018-ci ildə fond əşyalardan hər hansı birinin qeyri-qanuni yolla əldə edilib-edilmədiyini müəyyən etmək üçün kolleksiyanın auditini aparmağa qərar verib. Bu vəzifə Rozalinda və Artur Gilbert qalareyasının kuratoru Jak Şuxmaxerə həvalə olunub. Audit zamanı küpə diqqət yetirən J. Şuxmaxer onun qeyri-qanuni yolla əldə edildiyinə əmin olur.

Artur Gilbert küpü 1989-cu ildə Los-Ancelesdə antikvar satıcısı olan Bryus Maknolldan 250 min dollara alıb. Maknoll küpü Sürixdə yerləşən bərpaçı Frits Burkadan aldığını, onun isə İtaliyada məhkum edilmiş antik əşyalar satıcısı Cakomo Medici ilə əlaqəli olduğunu söyləyib.

Qədim küp Viktoriya və Albert Muzeyinin anbarında olmasına və heç vaxt ictimaiyyət qarşısında nümayiş etdirilməməsinə baxmayaraq, dərhal Gilbert Fonduna, oradan da Türkiyəyə qaytarılıb. Əsər hazırda Ankara Tarix Muzeyində nümayiş etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

38 azərbaycanlı uşaq İraqdan Azərbaycana gətirilib –

Sonrakı məqalə

“Barselona”nın baş məşqçisi Ronald Kuman istefa verib