“Britaniya Afrikaya ukraynalı əsgərlər göndərməklə münaqişəni süni şəkildə alovlandırır”- Rusiya XİN

“Böyük Britaniya Afrika ölkələrinə ukraynalı əsgərlər göndərməklə bu ölkədə hərbi münaqişəni süni şəkildə alovlandırır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Mİ6-nın qitəyə 100-ə yaxın ukraynalı döyüşçü göndərməyə hazırlaşdığı barədə xəbərinə münasibətində bildirib.

Onun fikrincə, London müstəmləkə irsindən yapışmağa və Afrika liderləri ilə bərabər səviyyədə ünsiyyət qurmamağa çalışır.

Ukrayna əsgərlərinə gəlincə, Zaxarova hesab edir ki, bu, onların Rusiyaya qarşı döyüşdə yardıma görə aldığı ödənişdir.

XİN rəsmisinin fikrincə, gələcəkdə bu cür hərəkətlərin əvəzini həm Ukrayna vətəndaşları, həm də Afrika sakinləri ödəyəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Trampa zəhər göndərən şəxsə 22 həbs cəzası verilib

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb