Britaniya “Coca-Cola”, “Samsung”, və “Visa”ya müraciət etdi- Rusiya ilə bağlı

Böyük Britaniya hökuməti Olimpiadanın ən böyük sponsorlarına məktub göndərərək Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təzyiq göstərməyi, Rusiya və Belarus idmançılarının oyunlarda iştirakının qarşısını almağı xahiş edib.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Müraciət “Coca-Cola”, “Intel”, “Samsung”, “Visa” və BOK-un digər tərəfdaşlarının Britaniya bölmələrinə ünvanlanıb.

“Bilirik ki, Rusiya və Belarusda idman və siyasət bir-biri ilə sıx bağlıdır. Biz Rusiya və Belarus rejimlərinin idmandan öz təbliğat məqsədləri üçün istifadəsinin qarşısını almağı hədəfləyirik”, – müraciətdə deyilir.

BOK rusiyalı idmançılara neytral statusda icazə verilməsi imkanlarını öyrənməyə davam edir. London hesab edir ki, Ukraynada döyüşlər davam etdiyi bir vaxtda Rusiya və Belarus idmançılarına turnirdə yer olmamalıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.