Britaniya kraliçası II Elizabet koronavirusa qarşı peyvənd olunub

Britaniya kraliçası II Elizabet və əri, Edinburq hersoqu Filip koronavirusa qarşı peyvənd olunublar.

Bu barədə məlumatı Bukingem sarayı yayıb.

Peyvəndləmə kraliçanın və həyat yoldaşının özlərini təcrid etdikləri Vindzor qəsrində həyata keçirilib.

Britaniyada vaksinasiya dekabrda başlayıb. Hələlik peyvəndlər yalnız risk qrupundan olan insanlar üçün əlçatandır. İlk növbədə qocalar evlərinin sakinləri və işçiləri, yaşı səksəni keçən insanlar və həkimlər peyvənd olunurlar.

Kraliçanın hazırda 94, şahzadə Filipin 99 yaşı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

62 nəfərlik erməni terrorçu qrup atəşkəsdən sonra Azərbaycan ərazilərinə göndərilib-

Sonrakı məqalə

Ceyhun Bayramov İndoneziyada təyyarə qəzası ilə bağlı başsağlığı verib