Britaniya PUA-ları lazer silahı ilə vurmağı planlaşdırır

Britaniya dronları lazerlə vurmağı planlaşdırır.

AzPost bildirir ki, The Times qəzetinin məlumatına görə, Britaniya Müdafiə Nazirliyi hərbi bazaları və strateji əhəmiyyətli obyektləri dron hücumlarından qorumaq üçün DragonFire lazer silahından istifadə etməyi düşünür.

Bu lazer silahının mövcud hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası üsulları hazırda araşdırılır.

Qəzetin məlumatına görə, Britaniya Hərbi Dəniz Qüvvələrinin xidmətində olan 45-ci tip esmineslər 2027-ci ildən etibarən DragonFire sistemləri ilə təchiz olunacaq. Ötən ilin noyabr ayında Avropa müdafiə şirkəti MBDA-nın Britaniya bölməsi Britaniya hökuməti ilə Britaniya Hərbi Dəniz Qüvvələrinə lazer sistemləri tədarük etmək üçün 316 milyon funt sterlinq (425 milyon dollara bərabər) məbləğində müqavilə imzalayıb.

Lazer sisteminin ucuz olduğu – hər atış üçün cəmi 10 funt sterlinq – və bir kilometr məsafədən bir funtluq sikkəni vurmaq üçün kifayət qədər dəqiq olduğu qeyd olunur. Müdafiə Nazirliyi hesab edir ki, hər bir Sea Viper raketinin buraxılışının dəyəri 1 milyon funt sterlinq olduğu təxmin edildiyi üçün bu yanaşma ənənəvi raket sistemlərindən istifadə etməkdən daha səmərəlidir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.