Britaniya Rusiyaya yardım edən şirkətlərə sanksiyalar tətbiq edib

Britaniya ayrı-ayrı ölkələrdə Rusiyaya yardım edən hüquqi və fiziki şəxslərə sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və İsveçrədən olan şəxslər və şirkətlər məhdudiyyətlərə məruz qalıb.

Britaniya Xarici İşlər Nazirliyi onların hamısının Ukraynadakı qeyri-qanuni müharibəni dəstəklədiklərini bildirib.

Sanksiya siyahısına Rusiyaya mikroelektronika ixrac edən Türkiyənin “Türkik Union” və “Azu International” şirkətləri, Rusiyaya pilotsuz uçuş aparatları və onların komponentləri tədarük edən Dubaydan olan “Aeromotus Unmanned Aerial Vehicles Trading” MMC də daxil edilib.

London həmçinin İran və Belarusun Rusiya ordusuna dəstəyinə qarşı əlavə tədbirlər görüb.

Böyük Britaniya həmçinin elektronika sənayesində fəaliyyət göstərən üç Rusiya şirkətinə qarşı da sanksiya tətbiq edib. Bu şirkətlər işğalda istifadə edilən silahlar üçün lazım olan Qərb mikroelektronikasını alırdılar.

Azpost.info

Əvvəlki məqalə

İyulda günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb

Sonrakı məqalə

“Bugünkü tarixi sanksiyalar Putinin müdafiə sənayesinə zərbə vuracaq”