“Britaniya sabah Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək”- “Bloomberg”

“Britaniya sabah Rusiyaya qarşı yeni sanksiyalar paketini elan edəcək”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, sanksiyalar Rusiyanın fiziki və hüquqi şəxslərinə təsir edəcək və mövcud sanksiyalardan yayınmanın qarşısını almağa yönələcək.

Sanksiyalar korrupsiya və insan hüquqlarının pozulması ilə əlaqəli şəxsləri də hədəf alacaq.

Dekabrın 7-də Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini elan etdi. Sanksiya siyahısına hərbçilər, müdafiə sənayesi nümayəndələri, Dövlət Duması və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar və siyasətçilər də daxil olmaqla 200-ə yaxın şəxs və şirkətin əlavə edilməsi istənilir.

Avropa Komissiyası daha üç Rusiya bankına qarşı sanksiyalar və ikili təyinatlı mallar üçün əlavə ixrac məhdudiyyətləri təklif edir.

Azpost.info

Əvvəlki məqalə

“Dünya Qarabağda ermənivandalizmini öz gözləri ilə gördü” –

Sonrakı məqalə

Prezident Leyla Əliyevanın rəsm əsərini Edi Ramaya hədiyyə edib