Britaniya şahzadələri Harri və Uilyam barışıblar

Britaniyanın şahzadə qardaşları Harri və Uilyam uzun müddətli küsülülükdən sonra barışıblar.

Azpost.info bildirir ki, bu barədə Daily Mirror-a kral ailəsinə yaxın mənbə məlumat verib.

Nəşrin məlumatına görə, Uilyam barışıq yolunda ilk addımı kraliça II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd olunması ərəfəsində atıb. Qardaşlar WhatsApp-da yazışmağa başlayıb  və uşaqlarla birlikdə  videozəngləri vasitəsilə əlaqə saxlayıblar. Həyat yoldaşları Kate Middlton və Megaan Markl hələ ki, belə ailə zəngləri və yazışmalardan çəkinirlər. Onlar həyat yoldaşlarına münasibətlərini düzəltmək üçün vaxt vermək üçün belə edirlər.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.