Britaniya Ukraynaya 1000 PUA göndərəcək

Böyük Britaniya Kiyevə dəstək olan beynəlxalq koalisiyanın bir hissəsi kimi Ukraynaya 1000 PUA (pilotsuz uçuş aparatı) göndərməyi planlaşdırır.

“Telegraph” saytı xəbər verir ki, Birləşmiş Krallıq zireh məhv edici döyüş sursatları ilə təchiz oluna bilən PUA-ların tədarükü üçün 300 min funt sterlinq dəyərində tender elan edib. Bildirilib ki, pilotsuz aparatlar pərvanələrinin ölçüsündən asılı olaraq müxtəlif yükləri daşımaq qabiliyyətinə malik olmalıdır.

Qeyd edək ki, Ukrayna Rusiyanın əsgər və atəş gücü üstünlüyünü dəf etmək üçün dəfələrlə dronlardan istifadə edib. Ukrayna tez-tez Çin istehsalı olan DJI Mavic kimi kommersiya dron məhsullarını dəyişdirərək, onlardan tank əleyhinə raketləri və daha kiçik əl qumbaralarını hədəflərə çatdırmaq üçün istifadə edirlər.

Xatırladaq ki, Britaniya və Latviya Ukraynaya PUA tədarükünü artırmaq ümidi ilə fevral ayında koalisya qurub.

Əvvəlki məqalə

Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcəyik

Sonrakı məqalə

Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək