Britaniya Ukraynaya zirehli təcili yardım maşınları göndərir –FOTO

Britaniya Ukraynanı zirehli təcili yardım maşınları, həmçinin yanğınsöndürən maşınlar və tibbi avadanlıqla təmin edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Bütün bunlar Rusiyanın hücumlarının nəticələrinin aradan qaldırılmasına kömək üçün Ukraynaya göndəriləcək”, – məlumatda bildirilir.

Qeyd olunub ki, Britaniyadan 40 xilasedici artıq Ukraynaya göndərilib. Britaniya baş naziri Boris Conson deyib ki, Rusiya Ukraynanın tibb müəssisələrini bilərəkdən atəşə tutur: “İşğal başlayandan Rusiyanın qəsdən atəşə tutduğu xəstəxanaların görüntüləri hamımızı heyrətə gətirir”.

Conson əlavə edib ki, Britaniya ukraynalı həkimlərin maliyyələşdirilməsinə də yardım edəcək: “Ümid edirik ki, bu, insanların həyatını effektiv şəkildə xilas etməyə kömək edəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Ermənistan Naxçıvana gedəcək yolların koordinatlarını hələ də verməyib” –

Sonrakı məqalə

“Üçüncü dünya müharibəsini istəmirik, Ukraynada sülh istəyirik” –