Britaniyanın Baş naziri Belarus müxalifətinin lideri ilə görüşüb –

FOTO
03 Avqust 2021 - 16:19

Britaniyanın Baş naziri Boris Conson Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

APA-nın “ITV News”a istinadən verdiyi xəbərə görə, görüş Londonda baş tutub.

Görüş zamanı Baş nazir Bors Conson bildirib ki, Britaniya Belarusda vətəndaş cəmiyyətini və demokratiyanı dəstəkləyir.

“Biz açıq şəkildə sizin tərəfinizdəyik. Etdiyiniz işi fəal şəkildə dəstəkləyirik. Sizi görməyə şadıq”, – deyə Boris Conson bildirib.