Britaniyanın “görünməz” təyyarəsi Hindistanda “ilişdi”

f35
f35

Texniki nasazlıq səbəbindən Britaniyanın F-35B tipli döyüş təyyarəsi Hindistanın Tiruvananthapuram (Trivandrum) şəhərində yerləşən hava limanında bir ayadək “ilişib” qalıb. AzPost bildirir ki, dünyanın ən müasir və baha təyyarələrindən biri sayılan bu qırıcı, sosial şəbəkələrdə istifadəçilərin kütləvi şəkildə məzəli zarafat və memlər paylaşmasına səbəb olub.

Məlumata görə, təyyarənin hidravlik sistemi və köməkçi enerji qurğusunda nasazlıq yaranıb, lakin problem aradan qaldırıldıqdan sonra o, nəhayət ki, vətənə – Böyük Britaniyanın Avstraliyadakı aviadaşıyıcısına yola salınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.