Bruno Fernandes “Mançester Yunayted”in “ən yaxşı futbolçu”su seçilib

19 May 2021 - 10:35

İngiltərənin “Mançester Yunayted” futbol klubunda 2020-2021-ci il mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

Klubun rəsmi saytı xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandes birinci olub.

Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.

Qeyd edək ki, Bruno Fernandes ötən mövsümdə də bu ada layiq görülüb.