Brüssel üçtərəfli görüş üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır

Brüssel hazırda İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin üçtərəfli görüşünün təşkili üçün Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda danışıqlar aparır. Hələlik konkret nəticə olmasa da, danışıqların gələn ay baş tutması mümkündür.

Bu barədə Azadlıq Radiosunun erməni xidməti Avropa İttifaqındakı diplomatik mənbəyə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, əsas müzakirə mövzusu Zəngəzur dəhlizidir. Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir iddia səsləndirməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.