Bu aparatlardan istifadə edənlər 15 manat rüsum ödəyəcək

dövlət rüsumu
dövlət rüsumu

PUA-larla bağlı yeni dövlət rüsumları müəyyənləşir. Bu, Dövlət rüsumu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat, pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi,  məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi, model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün 10 manat dövlət rüsumu müəyyənləşir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.