Cari ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 50,16 ton dondurulmuş sakit okean qızılbalığı gətirilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda balığın idxalına 277,05 min ABŞ dolları vəsait xərclənib.
Bu dövrdə ən çox qızılbalıq Çilidən alınıb. Belə ki, bu ölkədən idxal olunan dondurulmuş sakit okean qızılbalığın miqdarı 39,94 ton olub. Çilidən alınan dondurulmuş sakit okean qızılbalığı təxminən 4,40 ABŞ dolları və ya 7,48 manata başa gəlib.
Türkiyədən isə 10,2 ton miqdarında gətirilən dondurulmuş sakit okean qızılbalığına 101,22 ABŞ dolları vəsait xərclənib. 1 kiloqram qızılbalıq “Türkiyə”dən təxminən 9,92 ABŞ dolları və ya 16,86 manata başa gəlib.