Bu gün Azərbaycanda koronavirusla bağlı test edilənlərin sayı açıqlanıb

27 Aprel 2020 - 23:08

Bu gün Azərbaycanda 4676 nəfər koronavirusla bağlı test edilib.

Bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə koronavirusla bağlı edilən test sayı isə 128807-dir.

Qeyd edək ki, ölkədə bu gün 33 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. Ümumi yoluxma sayı 1678, ölüm sayı 22, sağalanlar isə 1162-dir.

Hazırda aktiv virus xəstələrinin sayı 494-dür, onlardan 21-i reanimasiyadadır. 9 nəfərə isə süni tənəffüs cihazı qoşulub.